İrana tətbiq olunan sanksiyalardan sonra İranın neft naziri Rüstəm Andı bəzi ölkələrə neft ixracatının dayandırılacağını açıqlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, nazir bildirib ki, yaxın zaman içərisində bəzi ölkələrə neft satışı dayandırılacaq. Mütəxəssislər isə hesab edirlər ki, İranın bəzi Avropa dövlətlərinə neft satışını dayandırması ölkənin özündə böyük problemlərə yol aça bilər. Qeyd edək ki, ötən həftə Avropa Birliyi ölkələri iyulun 1-dən etibarən İrandan neft alışını dayandıracağı haqda açıqlama vermişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB