BMT-nin binasından 12 kq kokain tapıldı

BMT-nin binasından 12 kq kokain tapıldı

Birləşmiş Millətlər Təşkilatının Nyu Yorkdakı baş qərargahına səhvən göndərilən çantadan 12 kiloqram kokain çıxıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kokainin dəyərinin 2 milyon dollar olduğu bildirilir. Narkotikin saxta BMT çantalardakı bloknotlar arasında gizlədildiyi xəbər verilir.

Polis sözçüsü qaytarış ünvanı olmayan paketin Latın Amerika ölkəsindən göndərildiyini deyib. Onun sözlərinə görə çantaların üzərində BMT markasını görən poçt şirkəti kokainin təşkilatın baş qərargahına çatdırılacağını düşünüb.

Bütün xəbərlər Facebook səhifəmizdə