Yaponiyanın bəzi məntəqələrində qarın hündürlüyü 2,5 metrə çatıb

Yaponiyanın bəzi məntəqələrində qarın hündürlüyü 2,5 metrə çatıb

Yaponiyada artıq ikinci gündür ki, davam edən güclü qara görə 700 nəfər xəstəxanalara müraciət edib. Yaponiya adasının şərq sahilində daha güclü qar müşahidə olunub. Yerli hökumətdən verilən məlumata görə Tottori rayonuna 2,5 metr yağıntı düşüb. Ümumiyyətlə ölkənin bir çox ərazilərində qarın qalınlığı 20-80 sm hündürlüyündə göstərilib.


Təbii fəlakət nəqliyyatın işində də fasilələrin yaranmasına səbəb olub: qatarlar, Şinkansen ekspresləri böyük gecikmələrlə məntəqələrə çatırlar. Təqribdən 240 min insan stansiyalarda qalıb. Ölkənin ən işlək yollarında çoxkilometrli tıxaclar yaranıb. Bu cür hava şəraitinin daha bir neçə gün davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə