Abdullah Gül: “Tükiyə Fransaya qarşı sərt tədbirlər görəcək”

Abdullah Gül: “Tükiyə Fransaya qarşı sərt tədbirlər görəcək”

Fransa Senatında uydurma "erməni soyqırımını inkar edənlərin cəzalandırılması haqqında" qanunun qəbul edilməsi Türkiyə ilə Fransa münasibətlərini başqa məcraya yönəldəcək. Tükiyə Fransaya qarşı sərt tədbirlər görəcək. Bunu Türkiyə prezidenti Abdullah Gül "TRT Haber" telekanalına müsabibəsində bildirib.


Onun sözlərinə görə, Türkiyə təəssüflə iki ölkənin münasibətlərinə ciddi zərbə vuracaq qanunun qəbul edilməsini qətiyyətlə pisləyir. Prezident bildirib ki, bu gündən etibarən Fransa söz azadlığını məhdudlaşdıran ölkələrin siyahısına daxil edilib.


Xatırladaq ki, 8 saatlıq müzakirələrdən sonra Fransa Senatı bu sənədin qəbuluna nail olub. 127 nəfər qanunun qəbul edilməsinin "lehinə", 86 nəfər isə "əleyhinə" səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə