Taliban yaraqlıları pakistanlı əsgərlərin güllələnməsini videoya çəkib - FOTOSESSİYA
Talibanın Pakistan qanadı 23 dekabrda qaçırdığı 15 pakistanlı əsgərin güllələnmə səhnəsinin video görüntüsünü yayıb. SİA-nın Pakistan mətbuatına istinadən verdiyi məlumata görə, Taliban yaraqlıları tərəfindən ələ keçirilərək öldürülən və qətl etdirdikləri yerdə sahibsiz buraxılan əsgərlərin cəsədləri 5 yanvarda tapılıb. Videodakı görüntüdə Taliban yaraqlısı bu qətlin səbəblərini açıqlayıb: "Hayber bölgəsində 12 silahlımız şəhid edildi. Əgər bizə qarşı aparılan hərbi əməliyyatlar sona yetməsə bütün əsgərlərin aqibəti belə olacaq".
Bundan sonra isə həmin yaraqlı əsgərlərin başına arxadan avtomat silahdan atəş açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB