İraqda terror aktı nəticəsində 14 nəfər öldü

İraqda terror aktı nəticəsində 14 nəfər öldü

İraqın paytaxtı Bağdadda şiə məhəllələrinin birinə qarşı təşkil edilən terror aktında 14 nəfər ölüb, 79 adam isə yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisə nəqliyyat vasitəsinə yerləşdirilmiş bombanın partlaması nəticəsində baş verib. Qeyd edək ki, yeni ilindən bu yana şiələrə qarşı hücumlarda ümumilikdə 170-dən çox adam ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə