Kiyevin Sofiya meydanında müxalifətin mitinqi keçirilib

Kiyevin Sofiya meydanında müxalifətin mitinqi keçirilib

Kiyevin Sofiya meydanında Yuliya Timoşenkonun rəhbərlik etdiyi Batkivşina Partiyasının təşkilatçılığı ilə keçirilən mitinqində Ukrayna xalqının azadlıq əldə etməsinin 93 illiyi böyük coşqu ilə qeyd edilib. SİA-nın Ukrayna bürosunun verdiyi məlumata görə, mitinqdə partiya sədri Y.Timoşenkonun tərəfdarlarına ünvanladığı məktub oxunub.

Partiya sədrinin müavini Aleksandır Turçinov tribunaya qalxaraq sədrin yazdığı məktubu oxuyub. Məktubda hazırkı iqtidara qarşı tənqidi fikirlərin yer alması ilə bərabər partiya üzvlərinə ünvanlanmış tapşırıqlar da öz əksini tapıb. Timoşenko silahdaşlarına ismarıc göndərərək müxalifətdən olan digər partiyalarla birləşməyin vacib olduğunu bildirib və əlavə edib ki, 2012-il parlament seçkilərində birgə namizədlərin verilməsini təklif edib: "Bir komanda - bir qələbə".

Bizim vəzifəmiz öz partiyalarımızı deyil xalqı bu qaranlıqdan qurtarmağın yollarını axtarıb tapmaqdır. Bu ən azı Ukrayna xalqının irəlidəki on illik taleyüklü məsələsidir: "Biz yol verə bilmərik ki, Boqdan Xmelninskinin vətəni Yanukoviçin vətəninə çevrilsin. Azadlığımızın 93-cü ilində daxili düşmənimiz xarici düşmənimizdən daha təhlükəlidir".

Ukrayna milisinin müşayiəti ilə keçən mitinqdə insanların əllərində Ukrayna bayraqları ilə yanaşı Timoşenkonun portretləri və üzərində "Bir komanda-Bir qələbə" yazilmış şüarlar var idi.

Məktubda Timoşenkonun bu mübarizədə hər şeyə hazır olduğu xüsusi qeyd olunub: "Mən hər şeyə, hətta mənə edilən işgəncələrə də hazıram. Həbsxanadan çölə baxarkən pəncərədən iki şeyi görürsən. Bir dəmir barmaqlıqları, bir də açıq mavi səmanı. Mən artıq açıq mavi səmadan başqa heç nəyi görmürəm. Çünki mənim içimdə azadlıq yaşayır. Mitinqdə 6-7 min adamın iştirak etdiyi bildirilib və bu arada müxalifətdən olan digər partiyaların da Timoşenkonun fikrinə şərik olduğu bildirilib. Belə ki, artıq müxalifət partiyaları birgə seçkiyə getmək üçün müqavilə bağladıqlarını və ümumi siyahı hazırladıqlarını mitinqdə bəyan ediblər. "Bu arada Timoşenko tərəfdarları Ali Radanın növbəti sessiyasının gedişini əngəlləyib. Onun tərəfdarlarından ibarət bir neçə deputat tribunanı əhatəyə alaraq bununla iqtidara öz narazılıqlarını bildiriblər. Deputatların tələbi 7 yanvar tarixində virus əleyhinə verilən dərmandan sonra Timoşenkonun iki saat huşsuz vəziyyətdə qalmasının ciddi araşdırılması və xarici dövlətlərdən olan həkim qrupunun içəri buraxılmasıdır. Onlar israrla qeyd edirlər ki, Timoşenkoya tibbi yardım göstərilmir, dərmanı isə verən adamın həkim olmadığı vurğulanır. Timoşenkonun yataqdan qalxa və sərbəst hərəkət edə bilmədiyini vurğulayan deputatlar ona təcili tibbi yardımın göstərilməsini tələb ediblər. Yuliya Timoşenko tərəfdarları Xarkov şəhərindəki Kaçanov həbsxanası önündə çadırlar quraraq ona bir daha dəstək olduqlarını nümayiş etdiriblər. Növbətçilər arasında partiya liderlərindən sayılan Valeri Dudko da olub. Dudko deyib ki, iqtidar Timoşenkonun Xarkova köçürülməsini bir səhv addım hesab edib. Fikrinə açıqlama verən Dudko Xarkovda Timoşenko tərəfdarlarının daha çox olduğunu və bundan sonra da artacağını vurğulayıb.


Əlmaniz ƏLƏKBƏRLİ, Ukrayna bürosu


Bütün xəbərlər Facebook səhifəmizdə