Bu gün Fransa Senatı qondarma erməni soyqırımı ilə bağlı qanun layihəsini müzakirəyə çıxaracaq. SİA-nın xəbərinə görə, ötən il dekabr ayının 22-də sözügedən qanun layihəsi Fransa Parlamentinin aşağı palatasından keçib və müzakirə edilmək üçün Senata göndərilib. Qanuna görə, "erməni soyqırımı"nı inkar edən şəxslər cinayət məsuliyyəti daşıyırlar. Sənəddə "soyqırımı" inkar edənlərin bir il müddətinə azadlıqdan məhrum edilməsi və 45 min avro məbləğində cərimə olunması nəzərdə tutulur.
Türkiyənin bütün siyasi qüvvələri qərar səsverməyə çıxarılana qədər ən müxtəlif addımlar atıblar. Hökumət rəsmi səviyyədə hərəkətlər edib, Fransa ilə əlaqələrin kəsiləcəyini açıqlayıb. Azərbaycan ictimaiyyəti də məsələyə ciddi reaksiya bildirib. Habelə, bir neçə gün öncə xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirini qəbul edərək, ona "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsinin yanvarın 23-də Fransa Senatında müzakirəyə çıxarılmasından Azərbaycan tərəfinin ciddi narahat olduğunu bildirib, belə bir sənədin qəbul edilməsinin regional proseslərə mənfi təsir göstərə biləcəyini vurğulayıb.
Onu da nəzərə çatdıraq ki, Fransa parlamentində Senatın Qanunlar Komissiyası "erməni soyqırımı" haqda qanun layihəsini rədd edib. Komissiyanın sədri Jean Pierre Sueur deyib ki, bu qanun keçsə, konstitusiyanın pozulacağına böyük risk var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB