Fars körfəzində, İran sahillərində göyərtəsində 22 sərnişin və heyət üzvləri olan gəmi batıb. Xəbəri İran KİV-i yayıb. Məlumata görə, 15 nəfərin taleyindən xəbər yoxdur.
Hadisə bu gecə İranın cənubundakı Bəndər Abbas şəhər-limanı yaxınlığında baş verib. Yerli hökumət orqanlarının məlumatına görə, gəmi Bəndər Abbasdan Hörmüz boğazındakı Hörmüz adasına gedirmiş.
Gəminin qəzaya uğramasının səbəbləri barədə məlumat yoxdur. İndiyədək xilasedicilər cəmi 8 nəfəri sudan sağ çıxarıblar. Qalan 15 nəfərin taleyi məlum deyil. Faciənin baş verdiyi yerdə xilasetmə işləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB