Qazaxıstanın Almatı şəhərinin mərkəzi meydanında müxalif Ümummilli sosial-demokratlar partiyası parlament seçkilərinin nəticələrinə etiraz aksiyası keçirir. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, icazəsiz mitinqdə 250-dək adam iştirak edir. Meydan ətrafında xüsusi-təyinatlı dəstələrə məxsus avtobuslar dayanıb.
Sosial-demokratların tərəfdarları yanvarın 15-də baş tutmuş parlament seçkilərinin nəticələri ilə razılaşmadıqlarını bəyan etmək üçün meydana çıxdıqlarını deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB