Niderlandın \"Eurovision\" təmsilçisi qəzaya uğrayan “Costa Concordia” gəmisində olub

Niderlandın \"Eurovision\" təmsilçisi qəzaya uğrayan “Costa Concordia” gəmisində olub

1989-cu ildə "Eurovision" müsabiqəsində Niderlandı təmsil edən Justine Pelmelay İtaliya sahillərində qəzaya uğrayan "Costa Concordia" gəmisində olub. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dünyanın ikinci "Titanik"i adlandırılan bu gəmidə olan ifaçı sağ qalıb.


Partnyoru ilə birgə gəmidə yola çıxan müğənni öz \"facebook\" sosial şəbəkəsindəki statusunda sağ-salamat olduğunu, səhhətində heç bir problem olmadığını bildirib: \"Əziz dostlarım, heç bir panikaya ehtiyac yoxdur. Sağ- salamatam\".


Gəmidən sağ çıxanlar bu hadisəni "Titanik" gəmisində baş verən hadisəyə bənzətdiklərini, orada olan insanlar kimi sürünə-sürünə vəziyyətdən çıxdıqlarını bildiriblər.


Qeyd edək ki, \"Costa Concordia\" gəmisi sualtı qayalara dəyəndən sonra çevrilib, gəmidə 4299 adam olub.

Bütün xəbərlər Facebook səhifəmizdə