Bəşər Əsəd son 10 ayda nümayişlərlə əlaqədar həbs edilənlərin hamısını əfv etdi
Suriyada ümumi amnistiya elan edilib. SİA-nın rəsmi \"SANA\" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, Suriya prezidenti Bəşər Əsəd həbsdə olan anti-hökumət nümayişlərinin iştirakçıları üçün əfv fərmanı verib. Fərmanda bildirilir ki, \"amnistiya 2011-ci il martın 15-dən 2012-ci il yanvarın 15-dək baş verən hadisələr fonunda cinayətlər törətdiyinə görə həbs edilmiş şəxslərə şamil edilir\".
Qeyd edək ki, Suriyada anti-hökumət nümayişlərinin başlanmasının 10-cu ayına təsadüf edən amnistiya bu müddət ərzində elan edilən ilk əfv deyil. Ötən ilin noyabrından indiyədək həbsxanalardan nümayişlər zamanı həbs edilmiş azı 4000 adam əfv edilərək azadlığa buraxılıb.
Beynəlxalq təzyiqlərin artmasına baxmayaraq, Əsəd rejimi əhaliyə qarşı zorakılığı davam etdirir. BMT-nin məlumatına görə, Suriyada ötən ilin mart ayından bəri 5000-dən çox adam öldürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB