Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Livanda səfərdədir. Davudoğlu burada həmçinin səfərdə olan BMT-nin baş katibi Pan Gi Munla görüşüb. Dünən axşam görüşən liderlər Suriya, İran və Kiprdəki vəziyyəti müzakirə ediblər. BMT baş katibliyindən verilən məlumata görə, Pan Əi Mun Əhməd Davudoğluna Suriyadakı böhranın gedişatından dolayı narahatlıq keçirdiyini bildirib.
Beyrutda Əhməd Davudoğlu Livan parlamentindəki "Hizbullah" qrupunun lideri Məhəmməd Raad ilə də görüşüb. "Hizbullah"lı millət vəkili Suriyada baş verəcək hər hansı bir dəyişikliyin xarici müdaxilə olmadan, xalqn tərəfindən edilməsinin vacibliyini vurğulayıb. Görüşdən sonra açıqlama verən Məhəmməd Raad bildirib ki, Suriya məsələsinə dair mövqelərində Davudoğlu ilə aralarında fərq var.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Beyrutda "Ərəb dünyasında demokratiya" mövzusuna həsr olunmuş BMT konfransının ilk günündə çıxış edəcək. Dünən isə Davudoğlu Livan prezidenti Mişel Süleyman, baş nazir Nəcib Mikati və parlament sədri Nəbih Berri ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB