Dağıstan kəndliləri Rusiya ordusunun cəza rejiminə etiraz ediblər

Dağıstan kəndliləri Rusiya ordusunun cəza rejiminə etiraz ediblər

Dağıstanın Unsukul rayonun Gimri kəndində minə yaxın sakin yanvarın 14-də Rusiya ordusunun terrora qarşı əməliyyatlarına (TQƏ) qarşı icazəsiz etiraz mitinqi keçirib.


"İnterfaks" agentliyi xəbər verir ki, çıxışçılar arasında kəndin icra hakimiyyətinin başçısı Əliəshab Maqomedov da olub. O bildirib ki, terrora qarşı əməliyyat rejimi nəticəsində kəndin meyvə ağacları kəsilib, tarlaları tapdanıb, evlərdə qanunun kobud pozulması ilə axtarışlar aparılıb.


Maqomedovun sözlərinə görə, onların bu barədə şikayətinə heç kim baxmayıb. Etiraz aksiyasının sonunda Dağıstan və Rusiya Federasiyasının rəhbərliyinə müraciət qəbul edilib


Gimri kəndində TQƏ recimi 2011-ci ilin oktyabr ayında tətbiq edilib. Rusiya ordusu kəndin girişlərini ağır hərbi texnika ilə bağlayıb. Yanvar ayında kənddə kütləvi axtarışlara başlanıb və sakinlərə qarşı fiziki cəza tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə