Böyük Britaniya York hersoginyasını Türkiyəyə verməkdən imtina edib

Böyük Britaniya York hersoginyasını Türkiyəyə verməkdən imtina edib

Böyük Britaniya York hersoginyasını Sara Fergüsonu Türkiyəyə verməkdən imtina edib. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Böyük Britaniya York hersoginyası ekstradisiya etmək niyyətində deyil.

Qeyd edək ki, Sara Fergüson ölkə ərazisində hərəkətlərinə nəzarət edə bilməyən xəstə və yetim uşaqlarla qeyri-qanuni olaraq video çəkiliş aparmaqda ittiham edilir. Əgər bunu sübut etmək mümkün olsa, hersoqinyanı 22,5 il il müddətinə azadlıqdan məhrumetmə gözləyir. Məhkəmə dinləmələrinin vaxtı hələ ki, təyin olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə