Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Pan Gi Mun yanvarın 11-də Tehranda iranlı atom mütəxəssisi Mustafa Əhmədi Roşanın, eyni ilə digər insanların öldürülməsi ilə bağlı açıqlama verib. SİA-nın Röyter agentliyinə istinadən verdiyi məlumata görə, Baş katib hadisəni pislədiyini bəyan edib.
Məlumat üçün bildirək ki, Tehran Politexnik Universitetinin müəllimi paytaxt küçələrinin birində maşınına yerləşdirilmiş maqnit bombasının işə düşməsindən sonra həlak olub. Polisin verdiyi məlumata görə, atomçu alimin maşınına bombanı naməlum motosikletçi yapışdırıb və Mustafa Əhmədi Roşan maşınına əyləşmək istərkən partlayış baş verib.
Qeyd edək ki, 32 yaşlı Əhmədi Roşan Natanz nüvə texnologiyası mərkəzində direktorun kommersiya məsələləri üzrə müavini işləyib. Alimin ölümü İranda onsuz da mürəkkəb olan daxili vəziyyəti bir az da gərginləşdirib. Rəsmi Tehran bu hadisədə İsraili günahlandırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB