Ərdoğanla Obama Suriyanı müzakirə ediblər

Ərdoğanla Obama Suriyanı müzakirə ediblər

Türkiyənin baş naziri Rəcəb Tatyyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub. Baş nazirlik mətbuat mərkəzi rəsmi internet saytının yaydığı məlumata görə, iki ölkə başçısı Yaxın Şərq və Şimali Afrikanın təhlükəsizliyi ilə iqtisadi inkişafına dair fikir mübadiləsi aparıblar.


Liderlər rəsmi Dəməşqin aksiyaçılara qarşı həyata keçirdiyi zorakılığın pislənməsi, Suriya xalqının demokratiyaya dair tələblərinin dəstəklənməsi mövzusunda ortaq razılığa gəliblər. Bundan başqa Ərdoğanla Obama İranın nüvə proqramından da danışaraq bu ölkənin beynəlxalq ictimaiyyətlə dialoqa davam etməsinin labüd olduğunu vurğulayıblar.


Türkiyə və ABŞ rəhbərləri Yaxın Şərq və Şimali Afrikada demokratikləşmə prosesinə və iqtrisadi inkişafa dəstək verən məhsuldar əməkdaşlıq üçün Türkiyə ilə Amerika arasında mütəmadi əlaqənin vacibliyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə