ABŞ Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Çin şirkətinə qarşı sanksiyalar tətbiq edib

ABŞ üç xarici şirkətə, o cümlədən Çinin şirkətinə qarşı sanksiyalar tətbiq edib. SİA-nın "newsru.com" saytına istinadən verdiyi xəbərə görə, buna səbəb adı çəkilən şirkətlərin İranla enerji sektorunda əməkdaşlıq etməsi olub. Müvafiq qərar Dövlət katibi Hillari Klinton tərəfindən qəbul olunub. Barələrində cəza tədbirlərinin görüldüyü şirkətlər arasında Çinin "Juxay Jenron", Sinqapurun "Kuo oyl" və Birləşmiş Ərəb Əmirliklərində yerləşən "FAL oyl" şirkətləri var. "Juxay Jenron" İranın böyük benzin tədarükçülərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə