Jurnalistlər Abdullah Güldən itirilmiş haqqlarınıı tələb ediblər!

Jurnalistlər Abdullah Güldən itirilmiş haqqlarınıı tələb ediblər!

Türkiyə Jurnalistlər Federasiyasının 36-cı şura iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda iştirak edən 60-a yaxın jurnalist təşkilatının rəhbəri prezident Abdullah Güllə görüşüblər. Görüş çərçivəsində jurnalistlər mətbuat azadlığının qarşısında duran manelərin aradan qaldırılmasını tələb ediblər. Prezident isə bunun qarşılığında jurnalistlərin problemləri ilə maraqlanacağını deyib.

İclasda çıxış edən federasiyanın sədri Atilla Sertel bildirib ki, jurnalistlərin böyük dəstəyə ehtiyacı var: " Prezidentin mövqeyi xalqı, dövləti təmsil edir. Ona görə də jurnalistlərin azadlığının təmin edilməsini tələb edir və ölkə başçısının bu mövzu ilə əlaqədar bizə dəstək olmasını gözləyirik. 1961-ci ildə əldə etdiyimiz hüquqlar bir-bir geri alındı. Peşə ilə bağlı ictimai hüquqlarımızı artıq itirmək üzrəyik. Əvvəllər jurnalistlər cəmiyyət arasında başıuca gəzən, ictimaiyyətə nümunə göstərilən təbəqə idi. Əvvəllər jurnalistlərin aldığı maaş da ən azından ailələrini idarə etməyə kifayət edirdi. Amma bu gün eyni vəziyyəti yaşamırıq. Artıq heç nə əvvəlki kimi deyil".

Dövlət başçısından dəstək gözlədiklərini deyən Sertel onu da diqqətə çatdırıb ki, Türkiyənin bu vəziyyətdi xaricdən heç də yaxşı görünmür: "Hörmətli prezident, biz jurnalistlər əvvəlki vəziyyətimizin geri qaytarılmasını istəyirik. Bunun isə tək yolu parlamentdə müzakirə qaldırılmasıdır. Türkiyənin düşüncə azadlığının tənqidlərə məruz qalması hamımızı üzən haldır. Hazırki vəziyyətimiz kənardan heç də yaxşı görünmür. Sizin rəhbərliyinizə qədər Mustafa Kamal Atatürkdən bu yana bütün prezidentlər xalqı təmsil edib. Ona görə də, dövlət başçısının mövqeyi bizim üçün xüsusi önəm daşıyır".

Daha sonar çıxış edən Türkiyə prezidenti Abdullah Gül , jurnalistlərin yaşadığı problemləri təqib etdiyini və Türkiyə Jurnalistlər Federasiyasının bunu davamlı olaraq dilə gətirməsinin də böyük əhəmiyyət kəsb etdiyini söylədi: "Jurnalistlərin yaşadıqları problemləri yaxından izləyir və qayğı göstərməyə çalışırıq. Bütün bu ifadə olunan problemlərlə əlaqədar nazirlərlə də görüş keçirəcək, daha sonra qərar verəcəyik. Məsələlərin həll olunması üçün əlimdən gələn hər addımı atacam!".

Bütün xəbərlər Facebook səhifəmizdə