Ötən ilin dekabr ayında vəfat etmiş KXDR lideri Kim Çen İrin balzamlanmış bədəni Pxenyanda mavzoleyə – atası Kim İr Senin mumiyalanmış cəsədinin yanında yerləşdiriləcək. SİA-nın "newsru.com"-a isitnadən verdiyi xəbərə görə, Kim Çen İrin cəsədi hazırda soyuducuya yerləşdirilmiş şüşə tabutdadır, ancaq onu bu vəziyyətdə 10 gündən çox saxlamaq olmaz.
Artıq cəsədin mumyalanmasına hazırlıq başlanıb. Mumyalanma prosesi özü isə kifayət qədər böyük xərc tələb edir. Məsələn, Kim İr Senanın cəsədi 1994-cü ildə rusiyalı mütəxəssislər tərəfindən mumyalanıb və bu, Pxenyana 1 milyon dollara başa gəlib. Eyni zamanda Şimali Koreya liderinin mumyalanmış cəsədinin saxlanılması üçün hər il 800 min dollar xərc tələb olunur. Bu da Şimali Koreya üçün böyük məbləğ sayılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB