İran sərhədçiləri Türkiyə vətəndaşlarını yaralayıblar

İran sərhədçiləri Türkiyə vətəndaşlarını yaralayıblar

Bü gün səhər İran sərhədçiləri iki Türkiyə vətəndaşını yaralayıb. SİA-nın "Sabah" qəzetinə istinadən verdiyi xəbərə görə, onlar sərhədi qanunsuz olaraq keçmək istəyiblər.

Belə ki, Türkiyə vətəndaşı olan Mustafa Özkaplan və Murat Özkaplan qanunsuz olaraq Türkiyədən İrana yanacaq keçirmək istəyərkən sərhədçilərin "dur" çağırışına cavab verməyiblər. Nəticədə İran sərhədçiləri onlara atəş açıb. Hazırda yaralılardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə