Qazaxıstan prezidenti Nursultan Nazarbayev Konstitusiya şurasının dekabr ayında kütləvi qarşıdurmaların baş verdiyi Canaozen şəhərində parlament seçkilərinin keçirilməsinin mümkünsüzlüyü barədə qərarına veto qoyub. SİA-nın məlumatına görə, xəbəri dövlət başçısının mətbuat xidməti yayıb.
Xatırladaq ki, yanvarın 31-nə kimi Canaozendə fövqəladə vəziyyət elan edilib. Bununla əlaqədar olaraq Qazaxıstanın Konstitusiya şurası ötən həftə burada seçkilərin keçirilməsinin mümkünsüzlüyü barədə qərar qəbul edib. Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, prezident hesab edir ki, Konstitusiya Şurasının qərarı onların konstitusiyada və ölkə qanunlarında nəzərdə tutulmuş seçki hüquqlarını məhdudlaşdırır. Xəbərdə deyilir ki, dövlət rəhbərinin bu məsələdə yeganə məqsədi Canaozen sakinlərinə seçkilərdə iştirak etmək və dövlət idarəçiliyi, yerli idarəçilik orqanlarına seçilmək hüququnu təmin etməkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB