İsrail parlamenti Knessetdə bir-biri ilə dalaşan millət vəkillərindən biri digərinin başına bir stəkan su töküb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, dava qadın millət vəkili Anastasia Mikeli ilə İşçi Partiyası millət vəkili Raleb Majadele arasında olub. Belə ki qadın millət vəkili, həmkarına bu sözlərlə xitab edib; "Siz dövlətə qarşı çıxırsınız". Buna cavab olaraq Majedele ona \"Faşistsiniz" cavabını verib. Bundan sonra sinirlərinə hakim ola bilməyən qadın millət vəkili yerindən qalxaraq Majadelenin yanına gəlib və stolun üstündəki suyu götürərək onnun başına töküb. Anastasiya daha sonra iclas zalını tərk edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB