Türkiyədə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu ilə bağlı araşdırma başlayıb. SİA-nın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, Silivri Baş Prokurorluğu ana müxalifət partiyasının liderini məhkəmə prosesinə təsir göstərməkdə günahlandırıb. Artıq prokurorluq partiya liderinin millət vəkili kimi toxunulmazlığının ləğv edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət ünvanlanıb.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisi hər hansı bir millət vəkilinin toxunulmazlığı ləğv edərsə, ittiham aktı hazırlanır və millət vəkili məhkəməyə çıxarılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB