2015-ci ilədək genişzolaqlı internetə çıxışa malik istifadəçilərin sayı 949 milyona çatacaq

2015-ci ilədək genişzolaqlı internetə çıxışa malik istifadəçilərin sayı 949 milyona çatacaq

2015-ci ilədək genişzolaqlı internetə çıxışa malik istifadəçilərin sayı hazırkı vaxtla müqayisədə 58 faiz (və ya 350 milyon) artaraq 949 milyon abunəçiyə çatacaq. SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, əsas artımı Çin və iqtisadiyyatı inkişaf etməkdə olan digər ölkələr təmin edəcək. Bundan başqa, 2015-ci ilədək Şərqi Avropa, Afrika və Yaxın Şərqdə genişzolaqlı internetdən istifadə edənlərin sayı xeyli artacaq.

Cari ilin sonuna şirkətin ekspertləri güman edirlər ki, sürətli internet abunəçilərinin sayı 676 milyona çatacaq ki, bu da 2011-ci ildəki göstəricidən 13 faiz çoxdur. Ötən il ümumi artım həcminin çox hissəsi – 38 faizi Çinin payına düşüb. Hindistan və İndoneziyada da tələbatın artması müşahidə olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə