Suriya müxalifəti Ərəb Liqasından narazıdır

Suriya müxalifəti Ərəb Liqasından narazıdır

Ərəb Liqasının xarici işlər nazirləri Qahirədə görüş keçirib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qurum Suriyadakı nümayəndə heyətinin monitorinq səylərinin gücləndirilməsi barədə razılıq əldə edib. Toplantıya Qətərin xarici işlər naziri Şeyx Həməd Cəssim Əl-Tani başçılıq edib. Misir paytaxtında toplaşan nazirlər komandanın texniklər və təlimçilərlə təmin edilməsində razılaşıb.

Bu arada isə nazirlərin yığıncaq keçirdiyi mehmanxana qarşısında aksiya keçirilib. Nümayişə toplaşanlar Əsədin 11 illik hakimiyyətinə son qoyulmasına çağırıb. Suriyanın müxalifət fəalları isə müşahidəşçiləri tənqid edərək, onların prezident Bəşər Əsədin xalqa divan tutmasına mane olmadığını deyir. Tənqidçilərin bəzisi missiyası dekabrın 26-dan başlayan heyətin Liqa tərəfindən geri çağırılmasını tələb edir.

Ərəb Liqasının rəsmiləri isə monitorinq qrupunun geri çəkilməsi məsələsinin gündəlikdə olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə