Şimali Kipr Türkiyə Respublikasının sabiq prezidenti Rauf Denktaş ötən gecə xəstəxanaya aparılıb. SİA-nın "Hurriyet"ə istinadən verdiyi xəbərə görə, Yaxın Doğu Universitetinin xəstəxanasına aparılan eks-prezidentin bədənində su itkisi olduğu bildirilir. Xəstəxananın rəsmisi Əhməd Savaşan hazırda müayinə prosesi getdiyini və bundan sonra Denktaşın müalicəsinə başlanacağını bildirib.
Qeyd edək ki, Rauf Denktaş artıq ikinci dəfədir ki, xəstəxanaya gətirilir. Belə ki, sabiq prezidentin ötən il beyninə qan sızıb və nəticədə onun sol tərəfi iflic olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB