İstanbulda 13 nəfər saxlanılıb

İstanbulda 13 nəfər saxlanılıb

Türkiyənin təhlükəsizlik qüvvələrinin apardıqları xüsusi əməliyyat nəticəsində İstanbulda 13 nəfər saxlanılıb. SİA-nın "Zaman" qəzetinə sitinadən verdiyi xəbərə görə, saxlanılanlar bəzi terror aktlarında iştirakda və Kürd Fəhlə Partiyasına yardımda şübhəli bilinirlər.

Qeyd edək ki, PKK yaraqlıları intensiv olaraq həm dinc əhaliyə, eləcə də ölkənin təhlükəsizlik qüvvələrinə qarşı terror aktları təşkil edirlər..

Bütün xəbərlər Facebook səhifəmizdə