Türkmənistan prezidenti “Türkmenqaz” dövlət konserninin rəhbərini işdən azad edib

Türkmənistan prezidenti “Türkmenqaz” dövlət konserninin rəhbərini işdən azad edib

6 yanvar tarixində Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov hökumətin iclasında "Türkmenqaz"dövlət konserninin rəhbəri Amanali Xanaliyevi işdən azad edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Berdımuhammedov bildirib ki, Xanaliyevin işdən azad olunmasına səbəb konsernə tabe şirkətlərə nəzarəti itirməsidir. Dövlət başçısının sözlərinə görə, Xanaliyevin işindəki çatışmazlıqlar Ali Nəzarət Palatası və ölkənin Baş Prokurorluğunun birgə apardığı yoxlama nəticəsinə aşkar olub.

Xatırladaq ki, Xanaliyev "Türkmenqaz"a 2011-ci ilin yanvarından rəhbərlik edir.

Dövlət konserninin yeni rəhbəri isə "Türmenneftqazstroy" dövlət konserninin rəhbəri Akmurad Eqeliyev təyin olunub.

Qeyd edək ki, təbii qaz ehtiyatlarına görə, Türkmənistan Rusiya, İran və Qatardan sonra 4-cü yeri tutur. Dövlət büdcəsinin demək olar ki, yarıdan çoxu qazdan gələn gəlirlər hesabına formalaşır.

"Türkmenqaz" dövlət konserni isə Türkmənistanda ən böyük qazçıxarıcı və qazbölüşdürücü şirkətdir. Onun aksiyalarının 100 faizi hökümətə aiddir.


Bütün xəbərlər Facebook səhifəmizdə