İraqda ölənlərin sayı 72-yə çatıb

İraqda ölənlərin sayı 72-yə çatıb

İraqda ötən gün baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı durmadan artır. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, ölənlərin sayı artıq 72 nəfərə çatıb.

Qeyd edək ki, ötən gün İraqın paytaxtı Bağdadın şiə rayonlarında bir gündə dörd dəfə partlayış törədilib. Əvvəlcə Bağdadın şiələr yaşayan Sədr-siti adlanan rayonunda bomba qoyulmuş motosiklet və yol qırağına yerləşdirilmiş partlayıcı maddə partladılıb. İki saat sonra Əl-Kazimiyyə rayonunda fuqas tipli iki bomba partladılıb. Partlayışlar birinci hadisədə yaralananların aparıldığı xəstəxananın yaxınlığında baş verib. Baş verən partlayışlara görə, məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə