Əhməd Davudoğlunun Tehranda görüşləri davam edir

Əhməd Davudoğlunun Tehranda görüşləri davam edir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Tehranda İranın Milli Təhlükəsizlik Məsələləri üzrə Ali Şurasının katibi Səid Cəlili ilə görüşüb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, görüşdə tərəflər dövlətlər arasında əlaqələrlə yanaşı, regional məsələlər, o cümlədən İranın atom enerji proqramı müzakirə ediblər.

Bu gün həmçinin Türkiyənin xarici işlər nazirinin İran prezidenti Mahmud Əhmədinejadla görüşməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə