Bağdadda 6 nəfər terrorun qurbanı oldu

Bağdadda 6 nəfər terrorun qurbanı oldu

Bu gün İraqın paytaxtı Bağdadda səhər saatlarında iki ayrı-ayrı yerdə təşkil edilən terror aktında 6 nəfər ölüb, 17 adam yaralanıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisənin şiə əhalisinin sıx olduğu "Sadr" bölgəsində baş verdiyi bildirilib. Bombanın bir çay dükanının yaxınlığında yol kənarına yerləşdirildiyi söylənilib. Qeyd edək ki, dekabrın 22-də Bağdadda törədilmiş terror aktlarında ümumilikdə 63 nəfər öldürülmüşdü.


Bütün xəbərlər Facebook səhifəmizdə