Əhməd Davudoğlu: \"Regionda məzhəb gərginliyi, bütün bölgə üçün intihar olar”

Əhməd Davudoğlu: \"Regionda məzhəb gərginliyi, bütün bölgə üçün intihar olar”

\"Bəzi şəxslər sünni-şiə gərginliyini artırmaqla soyuq müharibə yaratamaq istəyirlər. Regionda məzhəb gərginliyi, bütün bölgə üçün intihar olar". SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İran İslam Respublikasına işgüzar səfəri zamanı deyib. Orta Şərqdə qütbləşmələrin artdığına diqqət çəkən nazir mövcud vəziyyətin təkcə İraq və Suriyada deyil, bütün bölgəyə sirayət etmə riskinin böyük olduğunu deyib: "Təbii ki, bəzilərinin könlündən belə bir şey keçə bilər. Təəssüf ki, bölgəmizdə istər məzhəb, istər regional qütbləşmələrə zəmin hazırlamaq istəyənlər ola bilər. Lakin Türkiyə bölgədə bütün qütbləşmələrə qarşıdır. Çünki biz regional soyuq müharibəyə mane törətməyə qərarlıyıq".

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İran İslam Respublikasına işgüzar səfər edib. Səfər İran XİN rəhbəri Əli Əkbər Salehi ilə Əhməd Davudoğlunun "ildə iki dəfə görüşərək qarşılıqlı məsləhətləşmək" barədə qəbul edilən qərarı çərçivəsində həyata keçirilir. Artıq həmkarlar arasında görüş də keçirilib. Görüşdə ikitərəfli münasibətlər, regional məsələlər, İranın nüvə proqramı, habelə Suriya və İraqda baş verən son hadisələr müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə