Argentina prezidenti Kristina Fernandes de Kirşner xərçəng xəstəliyindən əməliyyat olunub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, əməliyyatın uğurlu keçdiyi bildirilib. Kristina Fernandes üç gün xəstəxanada qalacaq və üç həftədən sonra iş başına qayıdacaq. Prezident müvəqqəti səlahiyyətlərini vitse-prezident Amadu Budaya verib. Qeyd edək ki, Kristina Fernandesin 58 yaşı var və o bir müddət əvvəl keçirilmiş seçkilərdəki qələbə qazanaraq prezident seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB