Əhmədinejad Latın Amerika ölkələrinə gedir

Əhmədinejad Latın Amerika ölkələrinə gedir

İran prezidenti Mahmud Əhmədinejad Latın Amerika ölkələri üzrə turneyə çıxacaq. SİA-nın "MEHR" ə istinadən verdiyi xəbərə görə, səfər yanvarın 8-dən başlayacaq. İranın lideri öncə Venesuelaya səfər edəcək və Karakas şəhərində prezident Uqo Çaveslə ikitərəfli əlaqələrin möhkəmləndirilməsi ilə bağlı danışıqlar aparacaq.

İran nümayəndə heyətinə XİN başçısı Əli Əkbər Salehi, ticarət, sənayə və filiz-mədən işləri üzrə nazir Mehdi Qəzənfəri və energetika naziri Mahid Hamhu daxildir və onlar Karakas şəhərindən Nikaraqua, Kuba və Ekvadora gedəcəklər.

Daha sonra M.Əhmədinejad yanvarın 10-da Nikaraquada yenidən prezident seçilən Daniel Orteqinin andiçmə mərasımində iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə