Əhməd Davudoğlu İrana gedir

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün İran İslam Respublikasına işgüzar səfərə gedəcək. Türkiyə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi internet saytında yayılan məlumata görə, səfər İran XİN rəhbəri Əli Əkbər Salehi ilə Əhməd Davudoğlunun "ildə iki dəfə görüşərək qarşılıqlı məsləhətləşmək" barədə qəbul edilən qərarı çərçivəsində həyata keçiriləcək.


Səfərdə ikitərəfli münasibətlərin, regional məsələlərin, İranın nüvə proqramının, habelə Suriya və İraqda baş verən son hadisələrin müzakirə olunması gözlənilir. Səfər yanvarın 5-inədək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə