NATO Pakistanla münasibətlərin yaxşılaşacağına ümid bəsləyir

NATO Pakistanla münasibətlərin yaxşılaşacağına ümid bəsləyir

NATO Əfqanıstanda xidmət göstərən qüvvələrin təchizat martşrutlarının yenidən açılması üçün Pakistanla münasibətlərin yaxşılaşdırılcağına ümid bəsləyir. SİA-nın xəbərinə görə, Alyansın sözçüsü, briqada generalı Karsten Ceykobsen deyib ki, marşrutların bağlanması Pakistan və Əfqanıstan iqtisadiyyatına mənfi təsir göstərir.

Qeyd edək ki, Pakistan Xıber və Çəmən təchizat yollarını noyabr ayında NATO-nun hava zərbələri nəticəsində 24 əsgərinin həlak olmasından sonra bağlayıb. Pakistanın NATO-nun səhvən baş verdiyini deyərək, tələfatla bağlı araşdırma aparmasını rədd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə