Bu il Şimali Kipr Türk Respublikasının adı dəyişə bilər

Bu il Şimali Kipr Türk Respublikasının adı dəyişə bilər

Şimali Kipr Türk Respublikasının (Quzey Kıprıs Türk Cümhuriyyəti) adı bu il dəyişə bilər. SİA-nın "Milliyyət" qəzetinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Kipr Türk Respublikasının dövlət başçısı Dərviş Əroğlu deyib.

O,qeyd edib ki, 2012-ci ildə Kipr problemi çözülməyəcəyi təqdirdə yeni Konstitusiyanın qəbulu ilə yola davam ediləcək və bu zəmində dövlətin ad dəyişikliyi də baş verə bilər: "Bu zəmində dövlətin adı \"Şimali Kipr Türk Dövləti\" və ya \"Kipr Türk Dövləti\" ola bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə