"Dynamic Eye"şirkətinin təqdim etdiyi günəş qoruyucu eynəklər həqiqətən gözqamaşdırıcı günəş şüasının qarşısını ala biləcək, parlaq işıq ləkələrini tanıyacaq və onları təcrid edərək linzanın həmin sahəsini tutqunlaşdıracaq. SİA-nın \"Computerworld\" jurnalına əsasən verdiyi xəbərə görə, eynəyin çərçivəsinə görmə şüası üzrə görüntünü skan edən miniatür kamera quraşdırılıb ki, məlumat buradan eynəyin şüşələri ilə birbaşa əlaqəli olan mikronəzarətçiyə ötürülür. İşıq ləkələri aşkar olunan sahələr 4-6 mm ölçüdə olan boz kvadratlarla "doldurulur" və gözləri parlaq işıqdan qoruyur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB