Siyasətlə məşğul olmağa qərar verən gürcü milyarderi Bidzina İvanaşvili Fransa vətəndaşlığından imtina edir. Gürcü mətbuatına istinadla verilən məlumata görə, ötən gün milyarder rəsmi olaraq vətəndaşlıqdan imtina üçün Fransanın Gürcüstandakı səfirliyinə müraciət edib. "Novosti Qruziya"nın məlumatına görə, milyarder pasportunu səfirliyə təqdim edib.
Qeyd edək ki, həftənin əvvəllində İvanaşvili Rusiya vətəndaşlığından da çıxmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB