Qırğızıstan prezidenti Almazbek Otambayev ilk rəsmi səfərini Türkiyəyə edəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, yanvarın 12-də Türkiyəyə ediləcək səfərdə Almazbek Otambayev iki ölkə arasındakı əməkdaşlığa dair müzakirələr aparacaq. Qeyd edək ki, Qırğızıstan prezidenti oktyabrın 30-da keçirilən seçkilərdə seçicilərin 63,26 faiz səsini toplayaraq dördüncü dəfə Qırğızıstan prezidenti seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB