Qırğızıstanda 4 nəfər partlayışın qurbanına çevrildi

Qırğızıstanda 4 nəfər partlayışın qurbanına çevrildi

Qırğızıstanda yanacaq doldurma məntəqəsində meydana gələn partlayış nəticəsində 4 nəfər həyatını itirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisənin dəqiq səbəbləri haqqında heç bir məlumat verilməyib. Baş vermiş partlayışda 1 nəfərin yaralandığı söylənilib. Yaralılar dərhal Qazaxıstandakı Panfilov xəstəxanasına çatdırılıb. Yanğının qarşısı xilasedicilər tərəfindən alınıb.


Bütün xəbərlər Facebook səhifəmizdə