Əl-Qaidə İraqda törədilən terror aktını üzərinə götürdü

Əl-Qaidə İraqda törədilən terror aktını üzərinə götürdü

Əl-Qaidə terror təşkilatı ötən həftə Bağdadda 69 adamın ölümü ilə nəticələnən terror aktını öz üzərinə götürüb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, internet saytlarının birində açıqlma verən həmin təşkilat bildirib ki, terror aktının təşkilində əsas məqsəd həbsxanadakı sünniləri dəstəkləmək və edam edilənlərin əziz xatirəsini yad etmək idi. Qeyd edək ki, İraqın paytaxtı Bağdadın müxtəlif yerlərində təşkil edilən terrorda 69 adam ölüb, xeyli sayda insan isə yaralanıb.


Bütün xəbərlər Facebook səhifəmizdə