Ermənistanla İran arasında saziş imzalanıb

Ermənistanla İran arasında saziş imzalanıb

Ermənistan və İran prezidentləri arasında bir neçə saziş imzalanıb. SİA-nın erməni mətbuatına istinadən məlumatına görə, Ermənistanın enerji nazirliyinin məlumatında sazişlərdən biri Araz çayı üzərində su-elektrik stansiyasının tikintisidir. İranla Ermənistan arasında ticarət 2009-cu ildə 206 milyon dollar, 2010-cu ildə 273 milyon dollar olub.

Qeyd edək ki, İran prezidenti Mahmud Əhmədinejad bu gün Ermənistana səfər edib. Səfərdə əsas məqsəd isə iqtisadi əməkdaşlığı genişləndirmək idi.


Bütün xəbərlər Facebook səhifəmizdə