Serqey Narışkin 238 səslə Dövlət Dumasına sədr seçildi

Serqey Narışkin 238 səslə Dövlət Dumasına sədr seçildi

Bu gün Rusiya Prezident Administrasiyasının sabiq rəhbəri Serqey Narışkin altıncı çağırış Dövlət Dumasının sədri seçilib. SİA-nın Rusiya mətbuatına istinadən məlumatına görə, deputatlar parlamentin aşağı palatasının keçirilən ilk iclasında onu bu vəzifəyə təsdiq ediblər. Parlamentin spikerinin seçilməsi üçün 238 səs çoxluğu yetərli olub. Qeyd edək ki, Rusiya Dövlət Dumasının 450 üzvü var.


Bütün xəbərlər Facebook səhifəmizdə