Baş nazirinin müavini vəzifəsindən azad edilib

Baş nazirinin müavini vəzifəsindən azad edilib
Rusiya baş nazirinin müavini Aleksandr Jukov vəzifəsindən azad edilib. Bu qərar bu gün Rusiya prezidenti Dmitri Medvedev tərəfindən verilib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səbəb A. Jukovun deputat seçilməsidir. A. Jukovun Dövlət Duması sədrinin 1-ci müavini vəzifəsinə seçiləcəyi bildirilir. Qeyd edək ki, A. Jukov daha əvvəl 4 dəfə deputat olub və parlament sədrinin 1-ci müavini vəzifəsində çalışıb. O, 2004-cü ildə baş nazirin müavini təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə