Medvedev Narışkini işdən çıxarıb

Medvedev Narışkini işdən çıxarıb

Rusiya Prezidenti Dmitri Medvedev Sergey Narışkini Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edib. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə çərşənbə axşamı Prezidentin hüquqi informasiyanın dövlət sistemi portalında yerləşdirilən sərəncamında deyilir.

Narışkin altıncı çağırış Dövlət Dumasına seçilməsi ilə bağlı azad edilib.

Sərəncam dekabrın 20-də imzalanıb və imzalandığı gündən qüvvəyə minir.

Bütün xəbərlər Facebook səhifəmizdə