Türkiyə polisi kütləvi həbslər həyata keçirib

Türkiyə polisi kütləvi həbslər həyata keçirib

Türkiyə polisi çərşənbə axşamı ölkənin yeddi əyalətində kütləvi həbslər keçirib. SİA-nın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, separatçı Kürd Fəhlə Partiyası (KFP) ilə əlaqəli olmaqda şübhəli bilinərək 38 nəfər həbs edilib. Verilən son xəbərə görə, həbs olunanlar arasında jurnalistlər də var.

Həbslər KFP-nin şəhər qanadı olan "Kürdüstan İcmaları İttifaqı"nın işinin təhqiqi çərçivəsində İstanbulda, Ankarada, İzmirdə, Diyarbəkirdə və digər şəhərlərdə aparılıb.

Həbs olunanların böyük əksəriyyəti – 25 nəfəri İstanbuldadır. Onların arasında yerli özəl "Ciclə" agentliyinin, "Vatan", "Bir Gün", "Özgür Gündəm" qəzetlərinin jurnalistləri, həmçinin Frans-Press Agentliyinin fotomüxbiri də var.

Bütün xəbərlər Facebook səhifəmizdə