Rusiya baş naziri Çeçenistanda səfərdədir

Rusiya baş naziri Çeçenistanda səfərdədir

Rusiyanın baş naziri Vladimir Putin Çeçenistana səfər edib. SİA-nın xarici mətbuata istinadən məlumata görə, hökumət başçısı Qudermesdə Şimali Qafqaz Federal Dairəsinin sosial-iqtisadi inkişafı ilə bağlı məsələlər üzrə komissiyanın iclasını keçirəcək. İclasda Şimali Qafqazda əmək bazarında vəziyyət, orta və kiçik biznesin inkişafı, investisiya proqramlarının, o cümlədən "Şimali Qafqaz kurortları" layihəsinin hazırlanması müzakirə ediləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə