Bu gün Putinin namizədliyi qeydə alına bilər

Bu gün Putinin namizədliyi qeydə alına bilər

Rusiyanın Mərkəzi Seçki Komissiyası bu günkü iclasında baş nazir Vladimir Putinin prezidentliyə namizədliyinin qeydiyyatı məsələsinə baxacaq. Bu barədə məlumat MSK-nın mətbuat xidmətindən verilib.


Xatırladaq ki, Vladimir Putinin namizədliyi noyabrın 27-də hakim "Yedinaya Rossiya" (Vahid Rusiya) partiyası tərəfindən irəlim sürülüb. Dekabrın 14-də baş nazirin namizədlik sənədləri MSK-ya təqdim edilib.


Rusiyada prezident seçkiləri gələn il martın 4-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə